BURADA REKLAMINIZ OLA
BİLƏR

Lənkəranda şirkət sahibi aztəminatlı kimi qeydiyyatdan keçib - FOTO

Lənkəran şəhərində şirkət sahibi aztəminatlı kimi qeydiyyatdan keçib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib.

 

C.Həsənli bildirib ki, Lənkəran sakini Heydərli Babək Xeybər oğlu rayon üzrə "DOST İş Mərkəzi”ndən maaş alanlar siyahısındadır, amma onun maaşını Lənkəranın icra başçısı Taleh Qaraşov öz cibinə qoyur: “Çünki Kərgəlan kəndindən olan Babək Heydərli heç də işsiz və aztəminatlı təbəqədən deyil ki, "Dost" maaşına ehtiyacı olsun. O ötən ilin yanvarında 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdan keçmiş "Lənkəran City Travel" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi və qanuni təmsilçidir.

Babək Heydərlinin anası Heydərova Nəzakət Oruc qızı isə Lənkəran icra hakimiyyəti başçısının Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsidir”.

 

İcra hakimiyyəti ilə isə əlaqə saxlamaq mümkün olmayıb.

Fotoları təqdim edirik
Tarix: 14 Yanvar 2020, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin