BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaya parçası Quba-Xınalıq yoluna düşdü

Bu gün Quba-Xınalıq avtomobil yolunun 53-cü km-də iri qaya parçası dağdan qoparaq yolun hərəkət hissəsinə düşüb. Nəticədə yolda avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətində problem yaranıb.

 

Pravda.az xəbər verir ki, bu barədə zərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında deyilir.

 

Qeyd olunub ki, dərhal hadisə yerinə texnikalar və canlı qüvvə cəlb edilib. İri qaya parçası qısa müddət ərzində xüsüsi texnika ilə yolun hərəkət hissəsindən kənarlaşdırılıb və sözügedən yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunub.

Tarix: 26 Mart 2021, 20:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin