BURADA REKLAMINIZ OLA
BİLƏR

General: "Seçkilərdən sonra hakimiyyət təhvil veriləcək"

Myanmada hərbçilər ölkədə yeni və ədalətli seçkilər keçirildikdən sonra hakimiyyəti təhvil verəcəklər.

 

Bunu Myanma Silahlı Qüvvələrinin Baş Komandanı, baş general Min Aun Hlayn ölkədə Silahlı Qüvvələr Gününün qeyd olunması münasibətilə etdiyi çıxışında bildirib.

 

“Ölkədə azad və ədalətli seçkilər keçirildikdən sonra hakimiyyəti ötürəcəyik”, - deyə Yaponiyanın “Kyodo” agentliyi generaldan sitat gətirib.

 

Min Aun Hlayn qeyd edib ki, ötən il keçirilən saxta seçkilərə görə ölkədə hərbi çevriliş qaçılmaz olub.

Tarix: 27 Mart 2021, 09:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin