BURADA REKLAMINIZ OLA
BİLƏR

Hakan Şükür taksi sürür - FOTO

Türkiyə millisi və "Qalatasaray" klubunun sabiq futbolçusu Hakan Şükür ABŞ-ın paytaxtı Vaşinqtonda taksi sürücüsü işləyir.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə o, "Die Welt" nəşrinə müsahibəsində bildirib.

 

Dünya çempionatının üçüncüsü olan Hakan Şükür əvvəllər San-Fransiskoda yaşasa da, sonradan Vaşinqtona köçmək məcburiyyətində qalıb.

 

Hazırda "Uber" taksi şəbəkəsinin üzvü olan sabiq futbolçu bu yolla dolanışığını təmin edir.

 

Qeyd edək ki, Türkiyənin Sakarya Cumhuriyyət Baş Prokurorluğu ABŞ-da yaşayan keçmiş futbolçu Hakan Şükür və atası Sermet Şükür haqqında saxlanılma qərarı çıxarıb. Onlara qarşı FETÖ-yə (Fethullahçı Terör Örgütü) maddi dəstək verdikləri iddiası irəli sürülüb.Baku.ws

Fotoları təqdim edirik
Tarix: 14 Yanvar 2020, 10:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin