BURADA REKLAMINIZ OLA
BİLƏR

Son sutkada daha 490 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib - Gürcüstanda

Gürcüstanda son sutkada daha 490 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 219 nəfər müalicə olunaraq sağalıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

 

Bununla da qonşu ölkədə hazırkı dövrədək COVID-19-a yoluxanların sayı 279 936-ya, sağalanların sayı 271 804-ə çatıb.

 

Son 24 saat ərzində virusun yaratdığı ağırlaşmalar səbəbindən vəfat edənlərin sayı 8 nəfər artaraq 3 746 olub.

Tarix: 27 Mart 2021, 10:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin