BURADA REKLAMINIZ OLA
BİLƏR

Son sutka ərzində 8120 yoluxma qeydə alınıb, 85 nəfər vəfat edib - İranda

İranda ötən 24 saat ərzində 85 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 62 308 nəfərə çatıb.

 

Pravda.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

 

Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 846 923 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 921 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

O qeyd edib ki, İranda ötən sutka ərzində 8 120 nəfər koronavirusa (COVID 19) yoluxub.

 

APA

Tarix: 27 Mart 2021, 15:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin