BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda “06” kanala aşdı, yaralılar var

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

Pravda.az-ın məlumatına görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-2106” markalı avtomobilin sürücüsü İmişli istiqamətində hərəkətdə olarkən nəqliyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq, su kanalına aşıb. Hadisə zamanı avtomobilin sürücüsü müxtəlif xəsarətlər alaraq, təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Report

Tarix: 28 Mart 2021, 01:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin