BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda 21 yaşlı hamilə qadın zəhərlənərək öldü

Şabran rayonunda bədbəxt hadisə baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə rayonun Ceyranlı kəndində qeydə alınıb. 2000-ci il təvəllüdlü Yusifova Məleykə Vahab qızı zəhərlənərək dünyasını dəyişib. 

 

İlkin araşdırma zamanı dünyasını dəyişən M.Yusifovanın hamilə olduğu bildirilir.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

APA

Tarix: 28 Mart 2021, 21:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin