BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatlara pul payladılar

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Milli Məclisin deputatlarına əlavə pul mükafatı verilib.

Pravda.az-ın xəbərinə görə, bunu Vəhdət Partiyasının sədri, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

O bildirib ki, bayramlarla əlaqədar deputatlara 730 manatməbləğində əlavə pul mükafatı ödənilib: “Mən də digər həmkarlarım kimi həmin pulu almışam”.

Qeyd edək ki, 2019-cu ilin dekabrın 2-də Milli Məclisin deputatları qanunverici orqanın buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər. Dekabrın 4-də Konstitusiya Məhkəməsi parlamentin buraxılması məsələsinə baxıb və qərarı  Konstitusiyaya uyğun hesab edib. Məhkəmənin qərarına görə, Milli Məclisdə yeni çağrış fəaliyyətə başlayanadək hazırkı parlamentin səlahiyyətləri saxlanılır.

Dekabrın 5-də isə Prezident İlham Əliyev parlamentin buraxılması ilə bağlı sərəncam imzalayıb. Sərəncamla, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.Report

Tarix: 14 Yanvar 2020, 15:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin