BURADA REKLAMINIZ OLA
BİLƏR

“Beynəlxalq birlik bu məsələdə bizimlə kifayət qədər yaxşı əməkdaşlıq etmir”

“Soyqırımı, müharibə və insanlıq əleyhinə cinayətlər törədən şəxslərin, beynəlxalq cinayətlərin təqibi üçün 2 pilləli sistem mövcuddur. Ən arzuolunan variant ondan ibarətdir ki, bu cinayətləri törədən şəxslər həbs edilib, Azərbaycana ekstradisiya edilsin”.

 

Pravda.az məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib.

 

Deputat bildirib ki, bu cinayətləri törədən şəxslər İnterpol xətti ilə axtarışa verilib: “Ancaq təəssüf ki, beynəlxalq birlik bu məsələdə bizimlə kifayət qədər yaxşı əməkdaşlıq etmir. Ən önəmli məsələ bu cür cinayətlərə görə beynəlxalq miqyasda hökm sürən cəzasızlığın aradan qaldırılmasıdır. Soyqırımı, insanlıq əleyhinə cinayətlərə münasibətdə universal yuridisksya tətbiq edilir”.

Tarix: 29 Mart 2021, 12:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin