BURADA REKLAMINIZ OLA
BİLƏR

Kremldən Paşinyanın istefası ilə bağlı AÇIQLAMA

“Ermənistan Baş nazirinin istefası öz şəxsi işidir və təxirəsalınmaz müzakirə tələb etmir”.

 

Pravda.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

 

O, Rusiya tərəfinin müxtəlif səviyyələrdə Ermənistanın hökumət başçısı ilə intensiv telefon söhbətlərinin olduğunu bildirib: “Birincisi, o istefa versə belə, yeni seçkilərədək vəzifəsinin icrasını davam etdirəcək. Buna görə də, Nikol Paşinyanın vəzifəsini tərk etməsi barədə qərarının təxirəsalınmaz müzakirəyə ehtiyacı yoxdur. O ki qaldı Rusiya Prezidentinin Paşinyanla telefon söhbətlərinə, onlar tez-tez əlaqə saxlayır. Müxtəlif səviyyələrdə mütəmadi müzakirə atmosferi mövcuddur”.

Tarix: 29 Mart 2021, 12:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin