BURADA REKLAMINIZ OLA
BİLƏR

Cəlilabadda ağaclar kütləvi şəkildə kəsildi

1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində ağacların kəsildiyi aşkar edilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Pravda.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların Cəlilabad rayonu Günəşli kənd sakini Natiq Əhmədov tərəfindən kəsildiyi məlum olub və faktla bağlı akt tərtib edilib.

 

Məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Cəlilabad rayon Prokurorluğuna göndərilib.

Tarix: 14 Yanvar 2020, 16:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin