BURADA REKLAMINIZ OLA
BİLƏR

Polisə pul deyil, kağız vermişik - MÜRACİƏT

Hacıqabul rayonu ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşının sürücüdən rüşvət alması ilə bağlı video yayılmışdı. İddia olunurdu ki, YPX əməkdaşı sürücünü qayda pozduğu üçün saxlayıb və sonradan pul alaraq buraxıb.

 

Videoda yol polisinə pul verdiyi deyilən Həsən adlı vətəndaş müraciət edərək bildirib ki, o yol polisinə pul verməyib. Sadəcə olaraq avtomobilində olan cərimələri öyrənmək üçün üzərində telefon nömrəsi olan kağızı YPX əməkdaşına verib. Xahiş edib ki, cərimələri olub-olmaması barədə məlumat versin.

 

Sürücü Rusiyada yaşayır və həmin vaxt da yol polisinin bort kompüteri işlək vəziyyətdə olmayıb.Avtosfer.az

 

Tarix: 14 Yanvar 2020, 17:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin