Reklam

Türkiyə-Rusiya Monitorinq Mərkəzi ilə bağlı VİDEOREPORTAJ

REAL TV-nin rəhbəri Mirşahin Ağayev Ağdamda yerləşən Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyəti ilə bağlı reportaj hazırlayıb.

 

Pravda.az Birgə Mərkəzdən hazırlanmış geniş reportajı təqdim edir:

 

Qeyd: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı yanvarın 30-da olub. Açılışda Azərbaycan müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər. Mərkəzin əsas məqsədi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış  üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir. Birgə Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir. Monitorinq Mərkəzində həm Türkiyə və Rusiya tərəfdən 60 hərbi qulluqçu xidmət göstərəcək. Monitorinq mərkəzinin Türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, Rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.

 


 
Tarix: 30 Mart 2021, 21:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin