BURADA REKLAMINIZ OLA
BİLƏR

Şuşanın işğalına rəhbərlik edən erməni general öldü

Ermənistan müdafiə nazirinin sabiq müavini, Xocalı soyqrımının təşkilatçılarından və Azərbaycan torpaqlarının işğalına rəhbərlik etmiş erməni cəlladlarından biri olan general-mayor Arkadi Ter-Tadevosyan ölüb.

 

Pravda.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu onun silahdaşı polkovnik Ara Muradyan deyib.

 

O, 82 yaşında ölüb. Arkadi Ter-Tadevosyanın xəstəxanaya yerləşdirilməsi barədə şayiələr dolaşsa da, onun diaqnozu açıqlanmırdı.

 

Qeyd edək ki, A.Ter-Tadevosyan Xocalı soyqrımının əsas təşkilatçılarından biri olub. O, 1992-ci ilin may ayında Şuşanın işğalı əməliyyatına da rəhbərlik edib.Report

Tarix: 31 Mart 2021, 15:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin