BURADA REKLAMINIZ OLA
BİLƏR

AFFA qondarma bayrağa görə FİFA-ya müraciət ünvanlayacaq

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün keçirilən Ermənistan - Rumıniya oyunu (3:2) zamanı stadionun tribunasında qondarma rejimin bayrağı asılıb.

 

Pravda.az xəbər verir ki, bununla əlaqədar AFFA tərəfindən FİFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq.

 

Bu barədə asossiasiyanın rəsmi feysbuk hesabında payalaşım edilib.

 

"2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Ermənistan - Rumıniya oyunu zamanı stadionun tribunasında separatçı rejimin qondarma bayrağının asılması ilə əlaqədar AFFA tərəfindən FIFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq", - deyə paylaşımda qeyd olunub.

Tarix: 31 Mart 2021, 22:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin