BURADA REKLAMINIZ OLA
BİLƏR

Poznerin qaldığı mehmanxana cərimələndi, özü ərazidən uzaqlaşdırıldı

Gürcüstanın paytaxtı Tbilisidə rusiyalı jurnalist Vladimir Poznerin qaldığı mehmanxana 10 min lari (5 min manat) cərimələnib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Sergi Bzişvili bildirib.

 

Onun sözlərinə görə, karantin qaydalarının tələblərini pozduğu üçün mehmanxanaya və qonaqlarına cərimə tətbiq edilib. Bundan başqa, mehmanxanada təşkil edilən məclisin qapadılması ilə bağlı sərt xəbərdarlıq edilib.

 

Xəbərdarlıqdan sonra Vladimir Pozner və qonaqları polisin müşayiəti ilə avtobusla hoteldən uzaqlaşdırılıblar.

 

Qeyd edək ki, ərazidə polislə etirazçılar arasında fiziki qarşıdurma baş verib. Polis etirazçıların dağıdılmasına çalışır.

Tarix: 1 Aprel 2021, 00:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin