BURADA REKLAMINIZ OLA
BİLƏR

Pentaqon transgenderlərin ABŞ Ordusunda xidmət etməsinə yenidən icazə verdi

“ABŞ Müdafiə Nazirliyi transgenderlərin (İki cinsi orqanla doğulanlar - red.) hərbi xidmətə qəbulu üçün yeni təlimatı təsdiqləyib”. 

Pravda.az xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Con Kirbi brifinqdə açıqlayıb.

O bildirib ki, yeni qaydalara görə, transgender insanlar bir daha seçdikləri cinsə mənsub olaraq ABŞ ordusunda xidmət etmək hüququna malikdirlər və hərbi rəhbərlik bu cür insanlara lazımi tibbi yardımın göstərilməsini təmin edir.

Xatırladaq ki, 2016-cı ildə ABŞ-ın 44-cü prezidenti Barak Obama (2009-2017) transgenderlərin açıq şəkildə Silahlı Qüvvələrə yazılmasına və lazımi tibbi yardım almasına icazə vermişdi. Lakin xələfi Donald Tramp bu cinsə mənsub insanların silahlı qüvvələrdə xidmətə qəbulunu qadağan etmişdi.

Bu ilin yanvar ayında ABŞ-ın hazırkı prezidenti Co Bayden əvvəlki rəhbərliyin bununla bağlı tətbiq etdiyi məhdudiyyətləri ləğv edən fərman imzalayıb.

Tarix: 1 Aprel 2021, 08:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin