BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış tarzənin avtomobili qarət edildi

Bakıda tanınmış tarzən Humay Qədimovanın avtomobili qarət olunub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə H.Qədimovanın özü məlumat verib.

 

Onun sözlərinə görə, hadisə yanvarın 12-si saat 12:15 radələrində, paytaxın Səbail rayonunun Teymur Elçin küçəsində qeydə alınıb: “İdarə etdiyim maşınımı Teleteatrın qarşısında yerləşən ərazidə park etdim. Saat 15:40 radələrində avtomobilimə yaxınlaşan zaman isə maşınımın içərisindəki əşyalarımın oğurlandığını gördüm. Sonra Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət elədim. Qardaşımla birgə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində ərizə yazdım. Hələ də həmin şəxs və ya şəxslər saxlanılmayıb”.

 

H.Qədimova bildirib ki, bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edib: “Müraciətimdə görüntülərin mənə təqdim edilməsini və cinayətkarın tezliklə tapılmasını xahiş edirəm”.

 

Tarzən ona dəymiş maddi ziyanı açıqlamaqdan imtina edib:

 

“Bu barədə istəmirəm ki, məlumat verəm. Mənə az miqdarda ziyan dəysəydi, heç bu qədər tələb etməzdim”.Report

Tarix: 14 Yanvar 2020, 20:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin