BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sosial işçi”nin maaş kartı Taleh Qaraşovda deyil - RƏSMİ

Vətəndaş Babək Heydərli 2019-cu ilin yanvar ayında Lənkəran Şəhər Məşğulluq Mərkəzinə iş axtaran kimi müraciət etmiş və Əmək müqaviləsi bildirişləri elektron informasiya sistemində vətəndaşın vergi ödəyicisi olub-olmaması barədə məlumat aşkar edilmədiyindən 01.03.2019-cu il tarixdən “DOST İş Mərkəzi” MMC tərəfindən “sosial işçi” kimi işə götürülüb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Mərkəzdən bildirilib.

 

Qeyd olunub ki, vətəndaş “DOST İş Mərkəzi” MMC tərəfindən işə götürülən zaman sənədləşməyə görə İcra hakimiyyəti məsuliyyət daşımır. Vətəndaşın əməkhaqqı kartı İcra başçısında olması tamamilə əsassızdır və heç bir reallığı əks etdirmir. Vətəndaş işə daxil olduğu gündən müntəzəm olaraq işinə davam etmiş və verilən tapşırıqları vaxtında icra etmişdir. Ərazidə yaşayan sakinlər bunu təsdiq edə bilər. Eyni zamanda araşdırma nəticəsində məlum oldu ki, B.Heydərli 03 yanvar 2019-cu il tarixdə "LƏNKƏRAN CİTY TRAVEL" MMC açsa da, sənədləşmə işlərini tamamlamadığı üçün bu günədək heç bir fəaliyyəti olmamışdır.Azpolitika.info

 

Xatırlatma: Araşdırmaçı jurnalist Cavanşir Həsənli deyib ki, Lənkəran sakini Heydərli Babək Xeybər oğlu rayon üzrə "DOST İş Mərkəzi”ndən maaş alanlar siyahısındadır, amma onun maaşını Lənkəranın icra başçısı Taleh Qaraşov öz cibinə qoyur: “Çünki Kərgəlan kəndindən olan Babək Heydərli heç də işsiz və aztəminatlı təbəqədən deyil ki, "Dost" maaşına ehtiyacı olsun. O ötən ilin yanvarında 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdan keçmiş "Lənkəran City Travel" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi və qanuni təmsilçidir. Babək Heydərlinin anası Heydərova Nəzakət Oruc qızı isə Lənkəran icra hakimiyyəti başçısının Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsidir”.

Fotoları təqdim edirik
Tarix: 14 Yanvar 2020, 22:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin