BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda binada yandı

Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində ümumi sahəsi 101 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Pravda.az-a verilən məlumata görə, yanğın zamanı 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tarix: 16 Noyabr 2019, 00:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin