BURADA REKLAMINIZ OLA
BİLƏR

Zavodda partlayış nəticəsində 1 nəfər öldü, 6 nəfər yaralandı

İspaniyanın Tarraqona əyalətində kimyəvi zavodda partlayış nəticəsində baş verən yanğında 1 nəfər ölüb, 6 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

 

Pravda.az-ın xəbərinə görə, Kataloniya Daxili İşlər Nazirliyinin əməkdaşı Mikel Buk faktı təsdiqləyib.

 

O, Kataloniya radiosuna müsahibəsində deyib ki, bir nəfər itkin düşüb. Lakin onun partlayış zamanı zavodun daxilində olmasını təsdiqləməyib: “Bəlkə də partlayış baş verən zaman itkin düşən şəxs zavodda olmayıb”.

 

Mülki Müdafiə Xidmətinin məlumatında isə bildirilib ki, iki yaralının vəziyyəti kritik olaraq qiymətləndirilir, biri orta, digəri isə yüngül xəsarət alıb.APA

Tarix: 15 Yanvar 2020, 08:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin