BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda güclü yanğın - FOTO

Qax rayonunda yanğın hadisəsi olub.

Pravda.az-ın məlumatına görə, hadisə Turaclı kəndində Vilayət Həsənova məxsus evə bitişik yardımçı tikilidə baş verib.

Hadisə zamanı ümumi sahəsi 50 kv/m olan tikilinin 30 kv/m-i içərisindəki əşyalarla birlikdə yanıb. Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb edilib. Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yangın zamanı xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Report

Fotoları təqdim edirik
Tarix: 4 Aprel 2021, 14:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin