BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Paşinyan Putinə yaltaqlanaraq deyib ki...”

“Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşdə Kreml sahibinə yaltaqlanaraq deyib ki, Dağlıq Qarabağda rusiyalı sülhməramlılarının varlığı bölgədə vacib sabitlik və təhlükəsizlik amilidir. Paşinyan onu da deyib ki, daima Rusiya prezidenti ilə təmasdadır. Rusiya “İsgəndər” raketlərini Azərbaycan ərazisinə atmaqla bölgədə necə “sabitlik” tərəfdarı olduğunu göstərib. Paşinyan parlament seçki öncəsi özünü Rusiya təhlükəsindən sığortalamaq üçün Kreml sahibinə təklif irəli sürüb: “Biz Rusiyanın Ermənistanda yeni atom elektrik stansiyasının inşa etməsini istəyirik”. Kiçik və əhalisi azalan Ermənistanda atom elektrik stansiyası varkən və onu elə Rusiya idarə edərkən ikincisi nəyinə lazımdır? Paşinyan, sadəcə, Putinin hüzuruna müxtəlif təkliflərlə yollanıb ki, Kreml sahibinin inamını qazansın”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

E.Şahinoğlu bildirib ki, Putini bu təkliflərlə aldatmaq mümkün deyil: “Putin Paşinyandan bir gün əvvəl onun əsas rəqibi Robert Köçəryanı Moskvaya dəvət edib və onunla onlayn formatında 1 saat söhbət edib. Bu Kreml sahibinin seçimini ortaya qoyub. Paşinyan Rusiyaya atom elektrik stansiyası tikməyi təklif edib, Köçəryan isə hakimiyyəti dövründə əsas fabrik və zavodları Rusiyaya peşkəş etmişdi”.

Tarix: 7 Aprel 2021, 23:59   
Loading...

Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin