BURADA REKLAMINIZ OLA
BİLƏR

Lavrov: “Konkret addımları gözləyəcəyik”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və onun müttəfiqlərini etibarsız tərəfdaş adlandırıb.

 

Pravda.az-ın xəbərinə görə, S. Lavrov bu barədə qazaxıstanlı həmkarı Muxtar Tleuberdi ilə birgə mətbuat konfransında bildirib.

 

“Dövlət üçün həyati əhəmiyyətli sahələrdə biz onların əhval-ruhiyyəsinə etibar edə bilmərik”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

 

Rusiyalı nazir Vaşinqtonun Moskva ilə proqnozlaşdırıla bilən münasibətlər qurmağa hazır olması ilə bağlı bəyanatlarının inandırıcı görünmədiyini də qeyd edib : “ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi sanksiyaların olacağına dair hansısa bəyanat verib. Lakin ABŞ Rusiya ilə proqnozlaşdırıla bilən və stabil münasibətlərdə maraqlıdır. Sözlər inandırıcı səslənmir, konkret addımları gözləyəcəyik”.

Tarix: 8 Aprel 2021, 12:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin