BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir yeni rəis təyin etdi

Daxili işlər orqanlarında daha bir kadr dəyişikliyi olub.

 

Pravda.az xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

 

Əmrə əsasən, Tərxan Əhmədov Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinə yeni rəis təyin olunub. O, bundan əvvəl Səbail rayonu 39-cu Polis Bölməsinin rəisi işləyib.

 

Qeyd edək ki, BŞBPİ-nin İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev dünən İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.

Tarix: 16 Noyabr 2019, 10:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin