BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısı müalicə üçün Türkiyəyə göndərilən qazilərlə danışdı - FOTOLAR

Aprelin 9-da Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev “YAŞAT” Fondu tərəfindən müalicə üçün Türkiyəyə göndərilmiş qazilərimiz Rüstəmli İlkin və Musazadə Şöhlət ilə onlayn şəkildə görüntülü danışıb.

Pravda.az-ın məlumatına görə, Alı Alıyev ölkəmizin ərazi bütövlüyünün qorunması və torpaqlarımızın düşmən işğalından azad edilməsində əsl qəhrəmanlıq dastanı yazmış qazilərimiz və şəhidlərimizin ailələrinin hər zaman dövlətimizin diqqəti və qayğısı mərkəzində olduğunu qeyd edib. Qazilərimiz onlara daim diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
 


Tarix: 9 Aprel 2021, 17:17   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin