BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kreml Türkiyənin Cənubi Qafqazda və Azərbaycanda möhkəmlənməsi amilini qəbul edib”

“Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğana zəng edib bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü barədə onu məlumatlandırması və Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması zərurətini bildirməsi Kreml sahibinin Türkiyənin bölgədə varlığını qəbul etməsinin daha bir göstəricisidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

E.Şahinoğlu bildirib ki, Kreml Türkiyənin Cənubi Qafqazda və Azərbaycanda  möhkəmlənməsi amilini qəbul edib: “Növbəti mərhələdə Türkiyənin Qarabağda hərbi varlığını təmin etməkdir, bunu da Kreml qəbul etmək məcburiyyətində qalacaq”.

Tarix: 9 Aprel 2021, 20:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin