BURADA REKLAMINIZ OLA
BİLƏR

Müsavatçılar Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısına toplaşdılar

Müsavat Partiyasının bir qrup üzvü Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında Rusiyanın işğalçı Qarabağ siyasətinə, aqressiyasına, regionda riyakar, ikili siyasətinə etiraz olaraq aksiya keçiriblər.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə partiya başqanının müavini Səxavət Soltanlı məlumat verib.

 

“Ola bilsin, aksiya çox şeyi həll etmir, zaman gələcək bu aksiyanın xalqımızın qürurunu, ləyaqətini, suverenliyini qorumağa cəhd olduğu heç kimdə şübhə doğurmayacaq. 

Putin Qarabağdan, həmçinin bütün regiondan əlini çəkməlidir, gec-tez çəkəcək!” – S.Soltanlı bildirib.

Tarix: 9 Aprel 2021, 21:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin