BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamran Nəbizadənin baş direktor olduğu ASC-də pozuntu aşkarlandı

Hesablama Palatası Azərbaycan Sənaye Korporasiyasında maliyyə pozuntuları aşkar edib.

 

Pravda.az-ın əldə etdiyi xəbərə görə, bu barədə məlumat Hesablama Palatasının illik hesabatında yer alıb.

 

Sənəddə qeyd olunub ki, Azərbaycan Sənaye Korporasiyası tərəfindən keçirilən 10,1 milyon manat dəyərində 38 satınalma barədə məlumatlar Dövlət Xidmətinə təqdim edilməyib.

 

Dövlət vəsaitinin istifadəsi üzrə keçirilmiş satınalmalar barədə məlumatların vaxtında təqdim edilməməsi illik hesabatda bu göstəricilərin əks olunmaması ilə nəticələnib.

 

Qeyd: ASC-nin baş direktoru sabiq deputat Kamran Nəbizadədir.

Tarix: 10 Aprel 2021, 08:03   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin