BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Vaksinasiya olunmaq özünü və ətrafındakıları qorumaqdır”

“Vaksinasiya olunmaq özünü və ətrafındakıları qorumaqdır”

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib.

 

Deputat bildirib ki, hər bir vətəndaş könüllü vaksinasiya olunarsa, bu, kütləvi immunitetin yaranmasına gətirib çıxarar: “Artıq bir ildən çoxdur ki, qeyd edirik ki, virusdan qorunmağın əsas yolu üçün qızıl qaydaya əməl etməkdir. Amma pandemiyadan qurtulmaq üçün bugünkü əsas vacib məsələlərdən biri vaksinasiya prosesidir. Vaksin olunmaq pandemiyanın bitməsi üçün zəruri vasitədir. Pandemiyanı az itkilərlə başa vurmaq, normal həyata qayıtmaq istəyiriksə, könüllü şəkildə vaksin olunmalıyıq. Bu, özünü və yaxınlarını xəstəliyin ağır gedişindən qoruyur, müəyyən mənada ölüm hallarının qarşısını alır. Vaksin olunmuş şəxs də COVİD-19-a yoluxa bilər. Lakin həmin şəxs yoluxduqda xəstəliyi yüngül formada keçirəcək”.

 

Nəzrin Cavid

Tarix: 10 Aprel 2021, 08:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin