BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın tanınmış cərrahı vəfat etdi

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatoloji və üz-çənə kafedrasının professoru, tibb üzrə elmlər doktoru Mahir Əliyev vəfat edib.

 

Pravda.az xəbər verir ki, o, 65 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, M.Əliyev 1956-cı ildə anadan olub. 1963-1973-cü illərdə Bakıdakı 36 saylı orta məktəbdə oxuyub. 1972-1978-ci illərdə isə Azərbaycan Tibb Universitetində ali təhsil alıb. SSRİ Səhiyyə Nazirliyi Mərkəzi Tədqiqat Stomatologiya İnstitutunun (1982-1986) aspiranturasını bitirib.

 

Terapevtik Stomatologiya sahəsində 170-dən çox elmi nəşrin (o cümlədən, 3 dərslik, 10-dan çox dərs vəsaiti, 2 patent, 4 səmərələşdirici təklif) müəllifidir.

Tarix: 10 Aprel 2021, 10:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin