BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin baş nazir vəzifəsinə təklif etdiyi namizədin adını açıqladı

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına Rusiya Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin baş nazir vəzifəsinə namizədliyini təqdim edib.

 

Pravda.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

“Prezident Vladimir Putin Mixail Mişustinlə işgüzar görüş keçirib və onu baş nazir vəzifəsinə dəvət edib. Razılığını alan Putin, Mişustinin baş nazir kimi namizədliyini Dövlət Dumasının müzakirəsinə təqdim edib”, - deyə mətbuat xidməti bildirib.

 

Mişustin Rusiya Federasiyasının Federal Vergi Xidmətinə 2010-cu ilin aprel ayından rəhbərlik edir.

Tarix: 15 Yanvar 2020, 21:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin