BURADA REKLAMINIZ OLA
BİLƏR

Milli Məclisin deputatı ölümlə təhdid edilir

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri, Milli Məclisdə Xankəndini təmsil edən deputat Tural Gəncəliyev Ermənistan parlamentinin əməkdaşı Lilit Gyozalyanın təhdidinə məruz qalıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə T.Gəncəliyevin özü məlumat verib.

 

“Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı məni “həbsxanada başını kəsəcəyik” deyərək təhdid edir. Ermənistanın uzun illərdir yaratdığı Azərbaycanofobia və etnik nifrətin bariz nümunəsi olan davranışa görə həmin şəxsin tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür” , - icma sədri vurğulayıb.

Tarix: 10 Aprel 2021, 12:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin