BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Yetkinlik yaşına çatmayanlara tütün məlumatları satanlar cərimələndi

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 9-da Baş İctimai Təhlükəsizlik İdarəsi, Nəsimi və Nərimanov Rayon Polis İdarələrinin əməkdaşlarının keçirdikləri növbəti belə reydlər nəticəsində köşk və mağazalarda satıcılarının yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması faktları aşkar edilib.

 

Həmin mağazaların satıcıları – C. Muradov və Ü. Səlimovun barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

 

Bu istiqamətdə reydlər davam etdirilir.

Tarix: 10 Aprel 2021, 15:41   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin