BURADA REKLAMINIZ OLA
BİLƏR

Operativ Qərargah daha bir məlumat yaydı - SON DƏQİQƏ

Azərbaycanda bu gün 41 827 nəfər vaksinasiya olunub.

 

Pravda.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 941 nəfər təşkil edib.

 

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 153 549, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 739 319, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 414 230 nəfər təşkil edir.

Tarix: 10 Aprel 2021, 16:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin