BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Hərbçilərlə mülki şəxslər arasında toqquşmalarda 98 nəfər öldürüldü

Myanmada dünən baş verən etirazlar zamanı onlarla insan öldürülüb.

 

Pravda.az xəbər verir ki, bu barədə “Independent” qəzeti məlumat yayıb.

 

Qeyd edilir ki, Bago əyalətinin Ma Ga Dit rayonunda hərbçilər etirazçılara müxtəlif silahlardan atəş açıblar. Bununla yanaşı, əsgərlər partlayıcı vasitədən istifadə ediblər. Nəticədə 80 nəfər həlak olub.

 

Myanmanın Tamu şəhərində isə sakinlər hərbi karvana hücum ediblər. Pusquya salınan əsgərlərdən 3-ü öldürülüb. “Myanmar Now” saytının məlumatına görə, silahlı toqquşma zamanı 1 mülki şəxs də həlak olub.

 

“The Irrawaddy” isə bildirib ki, bir qrup silahlı şəxsin polis əməkdaşlarına hücumu nəticəsində 14 asayiş keşikçisi həlak olub.

 

Xatırladaq ki, fevralın 1-də Myanmada ordu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini elan edib. Hazırda ölkədə hakimiyyət Myanma Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Min Aun Xlaynın əlindədir. Hərbçilər bildiriblər ki, çevriliş 8 noyabr 2020-ci ildə keçirilən seçkilərdə kütləvi saxtakarlıq ittihamlarına cavab olub. Çevrilişin ardınca Myanmada fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə il ərzində hərbi xunta hakimiyyətdə olacaq.

 

Tarix: 11 Aprel 2021, 07:25   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin