BURADA REKLAMINIZ OLA
BİLƏR

MSK və DSK-nın əhalinin sayı ilə bağlı açıqladığı rəqəmlərdə ZİDDİYYƏT

Mərkəzi Seçki Komissiyasının (MSK) və Dövlət Statistika Komitəsinin (DSK)  Azərbaycan əhalisinin sayı ilə bağlı açıqladığı rəqəmlərdə ziddiyyət var.

 

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyir.

 

Q. İbadoğlu bildirib ki, Mərkəzi Seçki Komissiyasının sədrinin məlumatına görə, bu ilin may ayına Azərbaycanda seçicilərin (18 yaş və ondan yuxarı olanların) sayı 5 milyon 212 min 902 nəfərdir: “Əmək və Əhalinin Sosial Müdafiə naziri də deyir ki, ölkədə 2,7 milyon nəfər 0-18 yaşlı uşaq vardır.  Beləlikdə də ölkə əhalisinin sayının 7 milyon 912 min 902 nəfər olduğu bəlli olur. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, sentyabrın 1-ə Azərbaycan əhalisi 10 milyon 35 min 351 nəfər olub. Əhalinin sayını göstərən bu iki eyni göstərici arasında 2 milyon 122 min 449 nəfər  fərq yaranır. Kimə inanaq? Sizcə kim düz danışır? Azərbaycanın əhalisi nə qədərdir?"

Tarix: 16 Noyabr 2019, 11:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin