BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Qeybulla: "Açıq havada maska taxmaq tam absurddur"

"Açıq havada maska taxmaq tam absurddur". Bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib. Professor sosial şəbəkələrdə, ictimaiyyət arasında açıq havada maska taxmaq məsələsi ilə bağlı aparılan müzakirələrə bu cür mövqe bildirib:

 

"Görürük ki, açıq havada maska taxmaq tələbinə qarşı etirazlar var. Məsələ burasındadır ki, qapalı mühitdə maska taxmaq şərtdir. Lakin restoranlarda, kafelərdə insanlar saatlarla maskasız oturub yemək yeyir, əylənir, söhbət edir, lakin çölə çıxanda maska geyinmək tələb olunur ki, bu da tam absurddur. Əgər insanların qapalı mühitdə maska taxmamaq imkanı varsa, onlar necə açıq havada maska geyinə bilər? Açıq havada yoluxma riski daha azdır, nəinki qapalı mühitdə. Bu baxımdan insanların etirazı məntiqli görünür".

 

Professor qeyd edib ki, bütün bunları nəzərə alaraq, karantin tədbirlərinə yenidən baxıb, bəzi nüansları nəzərə almaq, korreksiya işi aparmaq lazımdır.

 

Adil Qeybulla həmçinin bildirib ki, hazırki epidemioloji vəziyyəti nəzərə alaraq, karantin qaydalarında müəyyən dəyişikliklər edilə bilər:

"Əgər vəziyyət getdikcə pisləşərsə müəyyən məhdudiyyətlər yenidən qayıda bilər. Lakin bir daha qeyd edirəm ki, yay aylarına doğru açıq havada maska taxmaq məsələsində diqqətli olmaq lazımdır. İnsanlar sanki artıq bundan bezib".

 

Professor pandemiya dönəmində oruc tutmaqda da danışaraq deyib ki, əslində oruc tutmaq bütün nəfslər üzərində bir nəzarət deməkdir: "Bu çox mükəmməl bir dini ayindir və hesab edirəm ki, onu icra edənlər psixoloji olaraq tam hazır olmalıdırlar. Xüsusilə də risk qrupu altında olanlar və yaxud yanaşı xəstəliyi olanlar bu dövrdə oruc tutmaqdan azaddırlar.

 

Lakin sağlam insanlar oruc tuta bilərlər, bu şərtlə ki, normal və keyfiyyətli şəkildə qidalansınlar. Xəstələndikləri təqdirdə isə dərhal müalicəyə başlamalıdırlar. Yəni, koronavirus xəstəliyini keçirməyənlər, sağlam insanlar praktiki olaraq, oruc tuta bilərlər. Digər hallarda məqsədəuyğun deyil. Çünki pandemiya boyu onlar öz sağlamlıqlarını gözləməlidirlər.

 

Onu da xatırladım ki, Ramazan bayramında kütləvi ayinlərin, o cümlədən məscidlərdə kütləvi namazın qılınması yolverilməzdir. Bunu onlayn və yaxud fərdi şəkildə həyata keçirmək lazımdır".

 

Musavat.com

Tarix: 11 Aprel 2021, 20:06   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin