BURADA REKLAMINIZ OLA
BİLƏR

"Maska taxın" deyən həkimləri söyürlər, "taxmayın" deyənləri də - Vaqif Qarayev

Pediatr Vaqif  Qarayev  açıq havada tibbi maskalardan istifadə etməməklə bağlı fikirlərini açıqlayıb. Sosial şəbəkə üzərindən ediyi paylaşımda həkim bu məsələdə mental dəyərlərimizin bizi məyus duruma düşürəcəyinə diqqət çəkib: “Qırğındır. Maska qırğını... "Maska taxın" deyən həkimləri söyürlər, "taxmayın" deyənləri də… “Fatı məsələsi”… “Taxmayaq” deyənlər qorunmaq üçün heç bir alternativ səsləndirmir. Mən də düşünürəm ki, açıq havada insanların seyrək olduğu məkanlarda maska taxmamaq olar. Amma biz qaynarqanlı millətik. Küçədə bir tanışımızı görən kimi mütləq qucaqlaşıb öpüşürük. Ortalama 10-15 dəqiqə hal-əhval tuturuq. Faydası oldumu, maskalı-maskasız gəzməyin?! Olmadı. Deməli, fərdi və sosial məsuliyyət çox vacibdir. Hər kəs özünü qorumağı bacarmalıdır. Peyvəndə də lağlağı yanaşırıq. Virusa qalib gəlmiş ədası ilə. Düzgün deyil!

Tarix: 11 Aprel 2021, 22:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin