BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Eyvana çılpaq çıxan qadınlar arasında milyonçunun qızı da olub?

Dubaydakı otellərdən birində fotosessiya etdirmək üçün eyvana çılpaq halda çıxmış xanımların arasında Rusiya milyonçusu Maksim Voroninin qızının da olması haqda yayılan xəbərləri Alina Voronina təkzib edib, bununla  da kifayətlənməyərək məhkəməyə müraciət edəcəyini və ona böhtan atanlara qarşı iddia qaldıracağını bildirib.

 

Voroninin qızı Alina jurnalistlərlə söhbəti zamanı Dubayda sonuncu dəfə 2010-cu ildə valideynləri ilə birlikdə olduğunu deyib. Alina qeyd edib ki, Dubay otellərinin birinin eyvanında fotosessiya etdirən çılpaq qadınlar arasında olması haqda deyilənlər yalandır, şayiədir.

 

“Əminəm ki, müasir dünyada ölkə sərhədlərini tərketmə çox yaxşı izlənilir və tamamilə sübuta yetirilə bilir”, söyləyən oliqarxın qızı Dubay “sərgüzəşti” barədə material dərc etmiş “Mash” jurnalından təkzib gözlədiyini vurğulayıb. Xatırladaq ki, Dubaydakı məlum rəzalətdən dərhal sonra hərəkətə keçən yerli hüquq-mühafizə orqanları 40-a yaxın şəxsi həbs edib. Çılpaq qızlarınsa Rusiya, Ukrayna, Moldova cə Belorusdan olduğu müəyyənləşib. Həbs olunanlara qarşı 6 aylıq azadlıqdan məhrumetmə cəzası və 5 min dirhəm cərimə gözləyir. Təşkilatçı isə 50 min dirhəm cərimə ilə l yarım həbs cəzası ala bilər.

Tarix: 11 Aprel 2021, 22:09   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin