BURADA REKLAMINIZ OLA
BİLƏR

Vaksinasiyada birinci və ikinci mərhələdə ayrı-ayrı peyvəndlərdən istifadə edilə bilərmi? – Professordan AÇIQLAMA

COVİD-19 əleyhinə peyvəndləmədə birinci və ikinci dozalar fərqli peyvəndlərlə aparıla  bilərmi?

 

Son günlər ən çox tirajlanan və insanları narahat edən suallar bunlardır:

 

1. COVİD-19 əleyhinə tövsiyyə olunan peyvəndlərdən hansı daha yaxşıdır?

 

2. Məlum bir peyvəndin ilkin dozasını almış şəxsə, ikinci doza kimi, başda bir peyvənd vurula bilərmi ?

 

Bu sualların izahı baxımından, məlum boşluqları nəzərə alaraq, bu haqda aşağıdakıları bildirməyi özümə borc bildim:

- klassik yolla, yəni zəiflədilmiş və ya inaktivləşdirilmiş virus və ya mikrob  kulturasından alınan peyvəndlərin, vektor peyvəndlərlə müqayisədə əlavə effekt kimi gözlənilən lokal və ya sistem təsirləri, nisbi də olsa yüksəkdir. Lakin vektor peyvəndlərdən fərqli olaraq, klassik peyvəndlərdə virusun genom strukturu bütünlüklə saxlanıldığından, əmələ gələn antitellərin effektivliyi və etibarlıq  potensialı da daha yüksək olur.

- Məlum peyvəndin ilk dozasını almış bir şəxsə, ikinci doza kimi digər peyvəndin vurulmasının düzgün olmaması  baxımından, söylənilən fikirlər, aşağıdakı səbəbdən əsaslıdır:

 

Bu gün bütün dünyada COVİD-19 əleyhinə əsasən, “Pfizer”, “Moderna”, “Janssen”, “AstraZeneka”, “Sinovak” və “Sputnik V” peyvəndlərindən istifadə olunur. Təbii ki, bizi daha  çox maraqlandıran hazırda ölkəmizdə istifadə olunan “Sinovak” (CoronaVac), eləcə də artıq ilk dəsti gətirilmiş “AstraZeneka” və gətirilməsi planlaşdırılan “Sputnik V” peyvəndləridir.

 

Bildirmək istəyirəm ki, “Sinovak” inaktivləşdirilmiş selektiv virus ştammıdır. İnaktiv genom ardıcıllığını tanıdığından, immun sistem ona qarşı xüsusi əks reaksiya vermədən, yalnız qoruyucu antitellər hazırlayır.

 

“AstraZeneka” və “Sputnik V” vektorlu (viruslu) peyvəndlərə aiddir. “AstraZeneka”nın hazırlanması zamanı saprofit adenovirus ştammına COVİD-19-un genomundan kəsilərək götürülmüş yalnız 2 subvahid nuklein tərkib yerləşdirilir. Lakin tərkibdə nuklein sıralanma ardıcıllığı göstərilmir. Sputnik V peyvəndinin hazırlanması da praktik olaraq eyni prinsip və şərtlər daxilindədir. Təbii ki, bu məxvilik gözləniləndir və müvafiq firma və ya birliyin istədiyi təqdirdə, 23 ilə qədər saxlanılacaq, hüquqi əsası olan patent sirridir.

 

Son iki peyvəndin əlavə effekt baxımından təklükəsizlik diapozonu “Sinovaks”dan yüksək olsa da, birinin digərinə nisbətdə Covid-dən qoruyuculuğunun fərqli əmsala malik olması heç bir şübhə doğurmur. Çünki bu iki peyvənd fərqli nuklein ardıcıllığına görə, heç bir haıda “substrakt makromolekulunun aktiv qruplaşmasına” eyni nöqtədə bağlana bilməz.  Bu səbəbdən, son iki peyvəndə qarşı əmələ gələcək antitellərin potensial fəallığına təsir göstərəcək struktur ardıcıllığı və hüceyrə yaddaşına yazılma sahəsində identiflik təkrarın ola biləcəyini söyləmək də əsassızdır. Odur ki, bu halda ikinci dozanın digər peyvəndlə aparılması qazanılan immunitetin möhkəmlənməsinə və ya virusa təkrar yoluxma baş verərsə, ilkin yoluxmadan fərqli olaraq, qoruyucu İgG antitellərin 21 gündən sonra deyil, 3 gündən sonra əmələ gələcəyini düşünmək belə əsassızdır. Məhz bu səbəbdən, ilk dozanı almış hər hansı bir şəxsə, ikinci doza kimi digər peyvəndin, xüsusən vektorlu peyvəndlərin vurulması məsləhət deyildir.

 

Yəni burada, guya faciəli nəsə bir şeyin  ola biləcəyini düşünmək, mənasız bir şeydir. Sadəcə, Covid19 əleyhinə ilk doza kimi hansısa bir peyvəndi alan şəxsə, ikinci doza kimi başqa bir peyvəndin vurulması məsləhət deyil.

 

Digər tərəfdən, hazırda AstaZeneca və ya Janssen kimi kimi peyvəndlər ətrafında yaranmış mövcud böhranın səbəblərini bilmək, heç də dərin düşüncə tələb etmir. Diqqət edin, bu məlumatlar birinci, yəni Avropa peyvəndi haqqında ilk olaraq Amerikada, ikinci, yəni Amerika peyvəndi haqqında isə, Avropada yayılıb. Hazırda tam gücü ilə təbliğ olunur və insanların şüuruna yeridilir. Məlum həqiqət odur ki, bütün bunlar, Covid 19 adı altında insanların bədbəxtliyi üzərində milyardlar qazanmaq üçün aparılan rəqabətli mübarizə və bunun reallaşması üçün məlum icraçılara “sələmə” verənlərin düşünülmüş siyasətidir. Bu peyvəndlərin guya tromboz və diğər qorxulu fəsadlara səbəb ola bilməsinin əsasında da yalnız maddiyyat uğrunda rəqabətli mübarizə durur. Çünki tromboz, vaksinasiya olmasa belə, əhali populyasiyası arasında rast gəlinən, kifayət qədər geniş yayılmış məlum patologiyalardan biridir. Belə ki, hər il dünya əhalisinin hər 250 nəfərindən biri, yəni 31 milyon 411 min 416 nəfər trombozdan, 100 000 nəfər ağ ciyər emboliyasından, 450 000 nəfər insultdan ölür. Bu halda, peyvəndin söylənilən fəsadlarının baş vermə ehtimallığının faiz nisbəti belə, hətta sıfırın altındadır. Yəni AstraZeneca və ya Janssen heç bir halda söylənilən və ya ehtimal olunan ciddi əlavə effektlər törədə bilməz. Odur ki, Avropa, istərsə də Amerikada deyilənlər, yalnız maddiyyat uğrunda aparılan amansız rəqabətin, mahiyyət etibarı ilə  biri-digərini  eyniliklə izləyən, “aynadakı əksidir”.

 

Musa Qəniyev

 

Professor

Tarix: 12 Aprel 2021, 08:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin