BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Həkim: Vaksin olunanlara hər yerdə "yaşıl işıqdır"

"Hər nə qədər yoluxma və yoluxdurma ehtimalı olsa da, vaksin olunanlara hər yerdə "yaşıl işıqdır"".

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti İlham Bayramov deyib.

 

Həkim-infeksionist bildirib ki, vaksinasiya indiki dövrdə olduqca faydalıdır: "Əgər əhalinin 70-80%-i peyvənd vurdurarsa, ölkədəki narahatlıq əsasən aradan qaldırılar. Ümidvericidir və üstünlükləri olduqca çoxdur. Çünki nəzərə almaq lazımdır ki, həmin şəxslər yenidən virusa yoluxduqda onlarda klinika daha yüngül keçir".

 

İ.Bayramov həmçinin əlavə edir ki, vaksinasiya olunan şəxslərin yoluxduruculuq qabiliyyəti də aşağı düşür: "Baxmayaraq ki, yeni ştamlarda öldürücülük və yoluxduruculuq qabiliyyəti çoxdur... Beləliklə, vaksin olunan şəxslərə yoluxduruculuq və klinikanın gedişinin zəif olduğunu nəzərə alaraq bir sıra üstünlüklər verilə bilər: işinə rahatlıqla davam edər, ən azından iclaslara, vacib görüşlərə sərbəst qatılar və s."

 

Nəzrin Cavid

Tarix: 12 Aprel 2021, 10:57   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin