BURADA REKLAMINIZ OLA
BİLƏR

“Çox əzab çəkirdim” - Tünzalə Ağayeva keçmiş ərindən danışdı

"Sənətə gələndə ailəliydim. Mən çox nadir hallarda bu barədə danışıram. Çünki, o dönəm həyatımda həm maraqlı, həm də kədərli hadisələrlə həkk olunub”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva XƏZƏR TV də Anar Ağakişiyevin təqdimatında efirə gedən "Dəyişən cavab" verilişində keçmiş həyat yoldaşından danışarkən deyib.

 

Bildirib ki, keçmiş həyat yoldaşı ilə yollarını ayırmalarının əsas səbəbi xasiyyətlərinin tutmaması olub:

 

“Bir müddət sonra xasiyyətimiz tutmadı, ona görə də, ayrılmaq qərarına gəldim. İnanın, çox xırda məsələlərə görə belə dava edirdik. Amma bacardığım qədər Fidanın bu davaları görməsini əngəllədim. Mən ekran qarşısında ağlamağı bacarmıram. Ona görə də heç vaxt problemlərimi biruzə vermirəm. Amma mən də insanam, küsə bilirəm, özümü çarəsiz hiss etdiyim günlərim olub. Ailəm mənə görə çox üzülürdü. Övladları gözlərinin qabağında əziyyət çəkirdi. Bir yandan yaradıcılığımın ən pik nöqtəsini yaşayırdım, digər tərəfdə də şəxsi həyatım, ailəm məhv olmuş vəziyyətdə idi, faciə yaşayırdım. O, nə övladının anası, nə də ömür-gün yoldaşı Tünzalənin şəxsiyyətinə hörmət eləmədi...”

Tarix: 12 Aprel 2021, 11:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin