BURADA REKLAMINIZ OLA
BİLƏR

Zelenski danışıqlar aparmaq üçün Putinə müraciət etdi

“Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin şərqində gərginləşən vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət edib”.

 

Bunu Ukrayna Prezidentinin mətbuat katibi Yuliya Mendel deyib.

 

“Prezidentin ofisi Vladimir Putinlə danışıq aparmaq üçün müraciət edib. Hələ bir cavab almamışıq. Ümid edirik ki, bu, dialoqdan imtina deyil”, - deyə Y. Mendel bildirib.

 

O qeyd edib ki, ki, Rusiya Ukraynanın şərq sərhədinə 40 min, Krıma isə 40 mindən çox hərbçi yerləşdirib.

 

Mətbuat katibi V. Zelenskinin Donbassda gərginləşən vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Parisə səfər edəcəyini vurğulayıb.APA

Tarix: 12 Aprel 2021, 12:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin