BURADA REKLAMINIZ OLA
BİLƏR

“İlham Əliyevin 18 illik fəaliyyəti Azərbaycan tarixinin unudulmaz səhifəsidir”

"Hər birimiz vətəndaş kimi ölkəmizin suverenliyinin tərəfdarıyıq. Əgər bu, təmin olunub və bu gün bütöv Azərbaycan varsa, biz xoşbəxtik və buna görə Azərbaycan xalqının lideri İlham Əliyevə, Silahlı Qüvvələrə, torpaq uğrunda canından keçən şəhidlərə və qazilərə borcluyuq".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

 

Deputat bildirib ki, cənab Prezidentin nəinki 3 illik fəaliyyəti, elə Prezident seçildiyi ilk gündən bugünə qədərki bütün fəaliyyəti dünya siyasətçiləri üçün örnəkdir: "İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə Prezident seçilərkən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağına söz verdi və bugünə qədər də sözünə əməl edir. Bütün dövrlərdə Prezident xalqın, torpağın mənafeyi uğrunda çalışdı və bütün çıxışlarında da qətiyyətlə qeyd etdi ki, biz işğalda olan torpaqlarımızı erməni faşistlərindən azad edəcəyik. Elə Azərbaycan Prezidentinin ən böyük tarixi qələbəsi da Qarabağ torpaqlarının düşmən işğalından azad etməsidir. İlham Əliyevin nəinki son üç illik fəaliyyəti, elə bütün on səkkiz ili Azərbaycan tarixinin unudulmaz səhifələridir. 2003-cü ildən sonra ölkə iqtisadiyyatı inkişaf edib, Azərbaycan beynəlxalq aləmdə tanınmağa başlayıb, ordu güclənib və nəhayət insanların həyat şəraiti yaxşılaşıb".

 

T.Rzayevin sözlərinə görə, ötən 3 il ərzində Azərbaycanın dünyada reytinqi artıb.

 

Prezident bütün mötəbər tribunalardan Azərbaycanın milli mənafeyi mövqeyindən çıxış etdi deyə qeyd edən deputatın sözlərinə görə, dövlət başçısı hər zaman Azərbaycanın haqq səsini qaldırıb və bütün dünyaya bəyan edib ki, biz sülhün və əmin-amanlığın tərəfdarıyıq: "Prezident bildirirdi ki, əgər torpaqlarımızı sülh yolu ilə azad edə bilməsək, başqa vasitələrdən istifadə edəcəyik. Belə də oldu... Sentyabrın 27-də döyüş əmri verildi. Vətən Müharibəsi göstərdi ki, Azərbaycan xalqının ölkə Prezidentinə ehtiramı və məhəbbəti sonsuzdur. Çünki xalq bir an içində Prezident və ordu ilə bir olduğunu nümayiş etdirdi. Azərbaycan ordusunda bir nəfər də fərari olmadı, təsəvvür edin, heç bir nəfər də müharibəyə getməkdən çəkinmədi... Bu, ölkə rəhbərinin xalqla birliyinin nümayişidir".

 

Deputat həmçinin vurğulayıb ki, bu üç illik dövr Azərbaycan üçün olduqca çətin olub: "Biz ermənilərlə müharibəyə hazırlaşırdıq, eyni zamanda isə dünyanı cənginə alan koronavirus pandemiyasına qarşı ciddi müharibə aparırdıq. Beləliklə, Prezident iki cəbhədə vuruşmalı idi. Pandemiyaya qarşı mübarizədə bütün dünyaya sübut etdi ki, Azərbaycan dövləti insanların sağlamlığı və təhlükəsizliyi uğrunda çalışan dövlətdir. Prezident İlham Əliyev, doğrudan da, bu sahədə olduqca çox mühüm tədbirlər həyata keçirdi. Məhz bunu  nəticəsidir ki, İlham Əliyev pandemiyaya qarşı mübarizədə də dünyanın qalib liderlərindən hesab edilir".

 

Nəzrin Cavid

Tarix: 12 Aprel 2021, 12:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin