BURADA REKLAMINIZ OLA
BİLƏR

Sürücüyə xəsarət yetirərək avtomobilini əlindən alan şəxslər tutuldu

Aprelin 7-də Yevlax şəhəri ərazisində şəhər sakini İ.Məcidovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə sərnişin qismində oturan 2 nəfərin Beyləqan rayonuna getmək istədikləri, lakin Avşar kəndi ərazisində sürücünün baş nahiyəsinə küt alətlə xəsarət yetirib nəqliyyat vasitəsində hadisə yerini tərk etmələri barədə Ağcabədi Rayon Polis Şöbəsinə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Ağcabədi şəhər sakini, əvvəllər məhkum olunmuş E.Ələsgərov və Gəncə şəhər sakini C.Quliyev Zərdab Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. Qaçırdıqları avtomobil isə Ağcabədi Rayon Polis Şöbəsində müvəqqəti duracağa yerləşdirilib.

 

Saxlanılan şəxslərin ətraflarında aparılan tədbirlərlə onların Ağcabədi rayonu ərazisindəki iki yardımçı təsərrüfatdan ümumilikdə 19 baş qoyun oğurlamaları müəyyən edilib.

 

Onlar izahatlarında bu ilin mart ayında Tərtər rayonu ərazisində daha 11 baş qoyun oğurlamalarınıda bildiriblər.

Tarix: 12 Aprel 2021, 13:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin