BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Evdən 11 min manatlıq oğurluq edildi

Bakı və Abşeronda oğurluq edən şəxslər tutulub.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, aprelin 10-da rayon ərazisindəki evlərin birindən 4358 manat dəyərində inşaat materialları oğurlanıb. Sabunçu polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri A.Vəliyev və Q.Məmmədov müəyyən edilərək saxlanılıb.

 

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə müxtəlif vaxtlarda rayon ərazisindəki 3 evdən ümumilikdə 4 ədəd televizor, 2 ədəd kondisioner, 2 ədəd su mühərriki, 1 ədəd çadır, 1 ədəd samovar, 5000 manat dəyərində 2 ədəd xalça, 4 ədəd tikiş maşını, 1 ədəd qəlyan, 1750 manat dəyərində məişət əşyaları, habelə N.Fətəliyevin evindən “İJ-43” markalı ov tüfəngi, məişət əşyası, təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən Novxanı qəsəbə sakinləri N.Məmmədov və əvvəllər məhkum olunmuş V.Qasımov saxlanılıblar.

Tarix: 12 Aprel 2021, 13:21   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin