BURADA REKLAMINIZ OLA
BİLƏR

Nərmin İsayeva itkin düşdü

Gürcüstanın Saqareco bələdiyyəsinin Ləmbəli kənd sakini olan 18 yaşlı azərbaycanlı Nərmin İsayeva itkin düşüb.

Pravda.az xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Bildirilib ki, qız evi tərk etməsini anasına mesaj vasitəsilə bildirib, lakin səbəbini və hara getdiyini açıqlamayıb.

Ailə üzvlərinin sözlərinə görə, N.İsayeva 6 ay bundan öncə qonşu kənddə yaşayan gənclə nişanlanıb və toy yaxın günlərə planlaşdırılıb. Onlar qızın nişanlanmasına etiraz olaraq evdən qaçdığını istisna ediblər.

Valideynləri qızın başqa gənc tərəfindən qaçırıldığını ehtimal edirlər. Lakin hazırkı mərhələdə bunu sübut edən fakt yoxdur.

N.İsayevanın ailəsi məsələ ilə bağlı polisə müraciət edib.

Report

Tarix: 12 Aprel 2021, 13:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin