BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış tarzən, xanımı və qızı Covid-19-dan vəfat etdi

 

Əməkdar mədəniyyət işçisi, "İRS" folklor ansamblının rəhbəri Sidqi Mustafayev vəfat edib.

 

Pravda.az-ın məlumatına görə, tarzən koronavirus infeksiyasına yoluxub. O, 73 yaşında dünyasını dəyişib.

 

S.Mustafayevin qızı Hökümə xanım Axşam.az-a açıqlamasında bildirib ki, atası 10 gündür xəstəxanada müalicə alırdı:

 

"Bacım Təravət virusdan vəfat etdi. 7 gün əvvəl anam Lətifə xanım da koronavirusdan dünyasını dəyişdi. 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alırdı. Atamı isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirmişdik. Xilas edə bilmədilər".

 

Hit.az

Tarix: 12 Aprel 2021, 15:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin